Misgin həyat
Çəkilib kənara oturub hərdən,
Özüm özümü düşünürəm mən.
Qaranlıq dünyadan doğan səhərdən,
Çətin həyatımı soruşuram mən.
Bilmirəm dərdimi kimdən soruşum?,
Bəzən utanıram özüm özümdən.
Ölümdə gəlmir ki, gedim qovuşum,
Həyat da qurtulsun mənim üzümdən.
Bu misgin həyatın fırtınasında,
Kor olub zamanı axtarıram mən.
Hər arzu bir istək, astanasında,
Bir kitab dərdimi saxlayıram mən.
Ləzzət nə, de bir gün görmədim,
Ağıl verdi, amma bəxti vermədi.
Çox çalışdım, çox yıxıldım büdrədim,
Taleh mənim heç üzümə gülmədi.
Heç kədərdən üzülmürəm, yanmıram,
Çünki mənim şair ruhum mətindir.
Qollarımı kəssələrdə sınmaram,
Şeir qanım, sözüm məhəbbətimdir...
Aydın Rəvan
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB