Bu nə gündü, nə rüzgardı?

Bu qışdımı, ya bahardı?

Nə qəribə havalardı...

Haldan hallara düşürük...

Ömürdən dərilən də var,

Ölərək dirilən də var,

Ah, qurban verilən də var...

Yoldan yollara düşürük...

Gözümüzü itiririk,

Sözümüzü bitiririk,

Canımızı götürürük,

Qoldan qollara düşürük...

Xanım İsmayılqızı

Bütün xəbərlər Facebook səhifəmizdə