Tailandlı səyyah: "Qarabağın çox güclü turizm potensialı var"

Qarabağ və Şərqi Zəngəzurun azad olunması turizmin inkişafına yol açacaq. Bu ərazilərdə çox güclü turizm potensialı var.

SİA xəbər verir ki, bu fikriləri mətbuat konfransında Qarabağ və Şərqi Zəngəzura səfər etmiş Tailandlı səyyah Rungpatch Nethnapat söyləyib.

O bildirib ki, turistlər gələcəkdə daha çox Azərbaycana səfər edəcəklər. Çünki buranın ərazisi turizm üçün əlverişlidir.

Qarabağ zonasında dağıntıların insana çox pis təsir etdiyini vurğulayan səyyah, eyni zamanda, quruculuq işlərinin insanı sevindirdiyini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə