“Şuşa ili” çərçivəsində yenidənqurma işləri daha sürətlə aparılacaq
“44 günlük Vətən müharibəsində Azərbaycan tarixi qələbə qazanaraq, 30 illik müddətdə işğala məruz qalan torpaqlarımızı işğaldan azad etdi. O cümlədən, işğaldan azad olunduqdan sonra cənab Prezident İlham Əliyev tərəfindən Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.
Onun sözlərinə görə, 2022-ci ili isə cənab Prezident İlham Əliyev “Şuşa ili” elan edib: “2022-ci ildə əlbəttə Şuşada “Şuşa ili” çərçivəsində geniş miqyaslı yenidənqurma və bərpa işləri daha da sürətli aparılacaq. Eyni zamanda 2022-ci ildə Şuşada müxtəlif yerli və beynəlxalq tədbirlər həyata keçiriləcək. Bu da bir daha həm Şuşanın gözəlliyinin, həm də Şuşa mədəniyyətinin bütün dünyaya tanıdılmasında çox mühim rol oynayacaq. Bir daha bütün dünya ictimaiyyətinə Şuşanın Azərbaycanın tarixi və əzəli torpağı olması göstəriləcək. Eyni zamanda Şuşada keçirilən tədbirlər 2021-ci ildə ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş “Xarı Bülbül” festivalı bir daha Azərbaycanı dünyada nə qədər multikultural dəyərlərə önəm verdiyini, inkişaf etdiyini və tolerant bir ölkə olduğunu göstərdi. Düşünürəm ki, Şuşada keçiriləcək belə tədbirlər Azərbaycanın bu sahədə də dünyaya nümunə olmasına zəmin yaradacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB