Şuşa Azərbaycan xalqı üçün qürur rəmzidir - DEPUTAT ŞƏRH ETDİ

"Bildiyimiz kimi 2022-ci il cənab Prezident tərəfindən "Şuşa ili" elan edilmişdir. Bu mənəvi, strateji və eyni zamanda milli ideologiya baxımından çox böyük əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ramil Həsən bildirib.

Onun sözlərinə görə, Şuşa Azərbaycanın, qədim Qarabağ xanlığının paytaxtı olmaqla bərabər, eyni zamanda Azərbaycan xalqı üçün qürur rəmzidir: "Bu baxımdan da məhz 8 noyabr tarixində qəhrəman, igid Azərbaycan ordusunun, Ali Baş Komandan cənab Prezident İlham Əliyevin başçılığı altında Şuşanın 30 illik düşmən tapdağından azad edilməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığı kimi, məhz 2022-ci ilin də "Şuşa ili" elan edilməsi də Azərbaycan tarixinə mühim bir töhfə verəcək. Eyni zamanda 15 iyul 2021-ci il tarixində iki qardaş ölkənin Azərbaycan və Türkiyənin prezidentlərinin bilavasitə imzası ilə tarixi Şuşa bəyannaməsi qəbul olunmuşdur. Mətbuatdan da bizə məlum olduğu kimi məhz ölkə Prezidentimizin imzalamış olduğu bu tarixi sənədin Azərbaycan Milli Məclisinin qanunvericiliyimizə uyğun şəkildə təsdiqləmə prosedurlarını həyata keçirəcəyik. Bu beynəlxalq, hüquqi sənəd olaraq öz yerini ən qısa zamanda tutmuş olacaq. Əlbəttə ki, Azərbaycan Prezidentinin həyata keçirmiş olduğu mühüm siyasi amillər içərisində "Şuşa ili"nin elan edilməsi Şuşanın sürətlə dirçəldilməsi ilə bağlı planın işlənilib hazırlanmasında da böyük rol oynayır.

Qısa zamanda çox önəmli və vacib əhəmiyyətli işlərin həyata keçirilməsi, həmçinin Şuşaya böyük qayıdışın mükəmməl bir təməli olaraq artıq yerli turist səfərlərinin keçirilməsi, eyni zamanda vətəndaşlarımızın artıq Şuşaya səfər edə bilmələri böyük tarixi əhəmiyyət kəsb edir. Bu elə bir hadisədir ki, illər keçdikcə biz bunun önəmini mahiyyətini cənab Prezident İlham Əliyevin Azərbaycan, Qarabağ üçün Azərbaycan xalqı və onun gələcəyi üçün nə dərəcədə işlər gördüyünü görəcəyik. Şuşada bir çox əhəmiyyətli tədbirlərin, festivalların keçirilməsi xarici qonaqların səfərlərinin təşkil olunması ilə bağlı da mühüm addımlar atılır. Bütün bunlar cənab Prezidentin "Şuşa biz qayıtdıq, biz səni dirçəldəcəyik", "Qarabağ Azərbaycandır" devizinin tərkib hissəsidir. "Şuşa ili"ndə də hər birimiz şuşalı, qarabağlı olmalıyıq. Hər birimiz Şuşaya canımızla bağlıyıq. Biz Azərbaycanımıza bağlı olduğumuzu öz işimizlə, əməlimizlə, fəaliyyətimizlə Qarabağımızı doğru-düzgün təbliğatı ilə məşğul olaraq göstərə bilərik. Bütün bunlar Azərbaycan Prezidentinin "Şuşa ili"ni elan etməsi ilə bağlı tarixi və önəmli bir qərarının hərtərəfli dəstəklənməsi deməkdir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə