Ermənistan "Dəmir yumruğ"un nə olduğunu bilir - RƏY BİLDİRİLİDİ

"Böyük zəfərimizdən sonra artıq regionda yeni bir münasibətlər sistemi formalaşıb. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı danışıqlar gedir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, demək olar ki, bu istiqamətdə işlər aparılır: “Digər tərəfdən isə Rusiya tərəfindən də Azərbaycan və Ermənistan arasındakı delimitasiya və demakrasiya prosesləri ilə bağlı Ermənistanın fikirlərini ifadə edən təkliflər təqdim olunub. Bu sahədə də siyasi proseslər davam edir. Ancaq bununla belə uzun illər Erməninstan işğalçılıq siyasəti apararaq hesab edirdi ki, bu torpaqlarda daimi qalacaq. Amma tamamilə başqa bir nəticə ilə qarşılaşdılar. Eyni zamanda Ermənistanın daxilində də vəziyyət olduqca gərgindir. "Daşnaksütyun" partiyası uzun zaman Xəzər dənizi ideologiyasını yeridən və o beyinləri zəhərləyərək münasibətləri gərginləşdirməyə çalışıb. Bu proseslərin fonunda isə Ermənistan hələ də sərhədlərdə təxribat törədir. Amma Azərbaycan ordusunun gücünü və qüvvəsini unutmamalıdır. Ən başlıcası isə Ermənistan "Dəmir yumruğ"un nə olduğunu bilir. Buna görə də bu proseslərə son qoyulması üçün Ermənistanın yeganə çıxış yolu Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsinə başlamasıdır.

Cənab Prezident İlham Əliyev öz qəti fikrini təkcə Ermənistana deyil, bütün dünyaya bəyan edib. Buna görə də hesab edirəm ki, Ermənistan bundan dərs çıxartmalı və artıq sülhə aparan yola addım atmalıdır. Çünki reallıq budur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...