Hərbçilərin qar uçqununa düşməsi barədə xəbərlər yalandır

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb.

SİA xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, xəbər yalandır və həqiqəti əks etdirmir:

“KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə