Ermənistan-Azərbaycan sərhədinnin delimitasiyası üzrə komissiya yaradılacaq - Andrey Rudenko
"Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üçün komissiya yaradıla bilər. SİA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Rusiya xarici işlər nazirinin müavini xatırladıb ki, noyabrın 26-da Soçidə Ermənistan, Rusiya və Azərbaycan liderləri Rusiyanın məsləhətçi dəstəyi ilə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər: “Biz güman edirik ki, bu, yaxın gələcəkdə baş verəcək. Biz bu sazişin yüksək səviyyədə həyata keçirilməsi üçün keçilməz maneə görmürük”.
Andrey Rudenko vurğulayıb ki, Rusiya Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində vəziyyətin gərginləşməsinin lap əvvəlindən vasitəçi kimi çıxış edərək, Ermənistan və Azərbaycana müvafiq danışıqların təşkilində köməklik təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB