ATƏT Azərbaycan və Ermənistana çağırış edib

ABŞ dövlət katibi Entoni Blinken, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici siyasət idarəsinin rəhbəri Jan-İv Le Drian Ermənistanla Azərbaycan arasında birbaşa dialoqun ATƏT-in Minsk qrupu vasitəsilə yenilənməsini dəstəkləyirlər.

SİA xəbər verir ki, bu barədə ATƏT-in saytında yerləşdirilmiş məlumatda bildirilir.

Həmsədr ölkələr tərəfləri sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə keçirilmiş görüşlərdə başlayan xarici işlər nazirləri səviyyəsində dialoqu davam etdirməyə, eləcə də regionda davamlı sülhü təşviq etmək üçün təmasları dövlət başçıları səviyyəsində davam etdirməyə çağırıb.

“ATƏT eləcə də hər iki ölkəni sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kimi digər problemli məsələlərin həlli üçün konstruktiv işləməyə çağırır”, – təşkilatın saytındakı xəbərdə qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə