"Şuşada "Xarıbülbül" festivalında dünyaya verdiyimiz mesaj bu idi ki..." - MÜSAHİBƏ

SİA Bakı-Xəbər qəzetinin redaktoru Aydın Quliyevin müsahibəsini təqdim edir.

- 1992-ci ildə Laçının işğalında kimlər günahkardır, AXC-Müsavat cütlüyü, yoxsa Ayaz Mütəllibov?

- Təbii ki, birinci səbəb həmin dövrdə dövlətimizin zəif olması və mərkəzləşdirilmiş hakimiyyətin olmaması idi. Azərbaycanın bütün əraziləri mərkəzi hakimiyyət tərəfindən idarə olunmurdu. Ən böyük fəlakət isə yaranmış şəraitdə prespektivi görə bilməyən hakimiyyət və siyasi qüvvələr idi. Görə bilmirdilər ki, ermənilərin hansı planları var? Erməni lobbisi hansı planların üzərində işləyir? Yəni bu ssenariləri ciddiyyəti ilə təhlil edə bilmədilər. Amma dövlətin zəif olması daha çox hakimiyyətdə olan şəxsiyyətlərdən aslı idi. Bəziləri Laçının və Şuşanın bir siyasi xəyanət, siyasi məsuliyyətsizlik fikri ilə barışmaq istəmirlər. Lakin, Laçın da, Şuşa da həm siyasi xəyanətin, həm siyasi məsuliyyətsizliyin qurbanı olub.1992-ci il fevralın 26-da Xocalı faciəsi baş verəndikdən sonra Ayaz Mütəllibov hakimiyyətdən istefa verdi. Yeni rəhbərlik 3 ay sonra iyun ayının 7-ə prezident seçkiləri təyin etdi. AXC-Müsavat cütlüyü ölkənin ən populyar siyasi qüvvələri idi. Xalq hərəkatının təzyiqləri altında seçkiləri udaraq hakimiyyətə gəlmək şansları var idi. May ayının 14-ü Ayaz Mütəllibovun tərəfadarları dövlət çevrilişi etməyə cəhd göstərdilər. Belə bir şəraitdə AXC-Müsavat cütlüyü dövlət çevrilişinin qarşısını yeni bir çevrilişlə almışdılar. O zaman Bakıda hakimiyyətin talehi həll olunurdu. Bütün döyüş bölgəsindəki həm rəsmi hakimiyyət strukturları, həm də qeyri-rəsmi silahlı və könüllü qüvvələri Bakıya cəmləmişdilər. Belə zamanda ölkə müdafiəsiz qalmışdı. Azərbaycanın içində də ermənilərə işləyən adamların olduğunu da nəzərə alaraq, açıq şəkildə hücüma keçdilər və Laçın və Şuşanı işğal etdilər. Laçın və Şuşanın işğal olunmasında AXC-Müsavat cütlüyünün günahı var.

- Ötən ilin payızında güllə belə atılmadan azad olunan Laçınla bağlı gələcək ümidləriniz nələrdir?

- Laçının döyüşsüz alınması bizim üçün ərazilərimizin döyüşsüz alınması anlamına gəlmir. Laçına, Kəlbəcərə Ağdama qədər çoxlu qan tökülmüşdü və itkilərimiz var idi. Qarşı tərəf daha çox itkilərə qalmamaq üçün qalan üç rayonumuzu döyüşsüz təslim etdi. Bu əslində Azərbaycanın hərbi gücünün apardığı taktikalı müharibənin real nəticəsi idi. İşğaldan azad olunan ərazilərimizin düşəmənlə sərhəd bölgələrində müdafiənin və təhlükəsizliyin təşkil olunması işi ictimaiyyətin nəzarəti və müşahidəsi altında aparılsa çox yaxşı olar. Bu tədbilərin görülməsinin böyük əhəmiyyəti var. Düşmənə mesaj verir ki, Azərbaycan bu torpaqları bərpa olunması prosesi ilə paralel onun müdafiəsi və təhlükəsizliyini təşkili üzərində işləyir.

- Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən “Xarı bülbül” festivalında əsas məqsəd nə idi?

- Televiziyadan izlədim, möhtəşəm bir tədbir idi. Bütün Azərbaycanda olan azsaylı xalqların, etnik qrupların hər birinin özünün milli-mənəvi dəyərləri ilə o tədbirdə təmsil olunması çox əhəmiyyətli nüanslardır. Azərbaycanın nə qədər çoxmillətli, nə qədər güclü dövlət olduğu dünyaya bir daha sübut etdik. "Xarıbülbül" festivalının müxtəlif dini konfesiyaların həmrək hərəkətinin nümayiş etdirilməsi baxımından çox əhəmiyyətli rolu var. Azərbaycan dövlətinin böyük milli-mənəvi dəyərlər altında qurulduğunu göstərdi. Bizim gücümüz yalnız iqtisadiyyatımız da, ordumuz da deyil, eyni zamanda Azərbaycanın ən böyük gücü tarixi, milli-mənəvi dəyərlərin üzərində bir dövlət kimi pərvəriş tapmasıdır. Şuşada "Xarıbülbül" festivalında dünyaya verdiyimiz mesaj bu idi ki, Azərbaycan dövləti ən yaxşı ənənələrdən cəmiyyətimizin milli inkişafımızın sabahının çağrışlarıına cavab verən ənənələrdən heç vaxt imtina etmək fikrində deyil. Prezident İlham Əliyevin dilindən bu ifadəni xüsusi bir vurğu ilə eşitdim: “Şuşa həmişəlik azad olunub. Şuşa Azərbaycanın nəzarəti altındadır. Şuşa həmişəlik Azərbaycanın əlində qalacaq”. Bilirsiniz Şuşanın hansı şəraitdə və hansı səbəblər üzündən işğal olunduğuna bir daha qayıtsaq Prezidentin sözlərinin altındakı o mənanı görmək mümkündür. Prezidentin burada mesajı odur ki, Şuşa bir daha 1992-ci ildəki ölkə daxilindəki siyasi şəraiti bir daha yaşamayacaq.

- Qədim Şuşada modern memarlıq nümunəsi olacaq yeni məscidin təməlin qoyulması və Yuxarı Gövhərağa məscidinin bərpası orada yaranan infrastruktur nəyə hesablanıb? Yəni, ümümiyyətlə gələcəkdə hansı simada fərqlənəcək?

- Şuşada həyat bərpa olunur. Bulağa suyun gəlməsi, Şuşaya yolun çəkilməsi, qonaqların gecələməsi və daimi şəraitin yaradılması o deməkdir ki, Şuşaya həyat qayıdıb. Bütün bu işlərin mahiyyəti odur ki, Şuşa əvvəlkindən də daha gözəl və möhtəşəm bir görkəmə qayıdacaqdır. Bu tədbirlərin görülməsi Şuşanı Azərbaycanın digər bölgələrindən daha yüksək bir sosial, iqtisadi və struktural formada səviyyəyə çıxarmaqdır.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...