Bir çox yerlər su altında qalacaq "BÖYÜK DAŞQIN" GÖZLƏNİLİR

2030-cu ildə su altında qala biləcək şəhərlərin siyahısı hazırlanıb. SİA xəbər verir ki, siyahını “The India Times” qəzeti hazırlayıb.

Siyahı iqlim tədqiqatı təşkilatı olan Climate Central tərəfindən xəritənin məlumatlarına əsaslanır.

Beləliklə, Amsterdam ilk əziyyət çəkəcək və memarlığı, körpüləri və misilsiz gecə həyatı ilə diqqəti cəlb edən bu yer su altında qalacaq. Hollandiyalılar daşqından qorunma elminə yiyələnmiş olsalar da, görünür, bu şəhər sözün əsl mənasında qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsinin önündə olacaq.

Siyahıda növbəti yer İraqın Bəsrə limanıdır, hansıki o, Fars körfəzinə axan Şatt əl-Ərəb çayı üzərində yerləşir. Şəhər bataqlıq üzərində yerləşir, ona görə də onilliyin sonuna qədər qismən və ya tamamilə su altında qala bilər.

İqlim dəyişikliyi inkişaf etməkdə olan regionlarla yanaşı, inkişaf etmiş regionlara da eyni dərəcədə təsir göstərəcək. Amerikada, Yeni Orleanda artıq onu daşqınlardan qoruyan bəndlər sistemi var, lakin buna baxmayaraq, yerli hakimiyyət orqanları növbəti onilliyi görmək üçün daha çox iş görməlidir.

Adriatik dənizində 118 adada yerləşən Venesiya daşqınlara öyrəncəli deyil, şəhər ildə iki millimetr su altında qalır. Venesiya memarlığının bütün gözəlliklərini və əzəmətini görmək istəyənlərə bunu yaxın gələcəkdə, su basmadan əvvəl görmək məsləhət görülür.

Vyetnamın Ho Chi Minh şəhərinin Mekonq çayı yaxınlığındakı şərq hissəsi suyun səviyyəsinin yüksəlməsi təhlükəsi altındadır. Sağ qalsa belə, tez-tez fırtınalar və daşqınlar səbəbindən orada yaşamaq təhlükəli olacaq.
2030-cu ilə qədər Hindistanın Kəlküttə şəhəri daşqın altında qala bilər.

Alimlər dəfələrlə Yer kürəsində temperatur artımını Selsi üzrə bir yarım-iki dərəcə məhdudlaşdırmağın zəruriliyini qeyd ediblər. Bu, qlobal istiləşmənin təsirlərini yumşaltmaq üçün lazımdır.

Xatırladaq ki, 2015-ci ildə 190-dan çox ölkə Paris Sazişini imzalayıb və saziş, bu məqsədə nail olmaq üçün fəaliyyət planını təqdim edir. Sənəd qalıq yanacaqlardan tamamilə imtina etməyi nəzərdə tutmur, lakin bildirilir ki, dövlətlər iqlim dəyişikliyinə uyğunlaşmaq, emissiyaları azaltmaq və bərpa olunan enerji mənbələrinə keçid üçün tədbirlər görməlidirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə