Tacikistanda ən yaxşı həyat yoldaşı və qayınananı seçirlər...

Tacikistanda ən yaxşı həyat yoldaşı və qayınananı seçirlər...

...Tacikistanda “Ən yaxşı həyat yoldaşı” və “Ən yaxşı qayınana” müsabiqələri başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Asia Plus xəbər verir ki, yarışlar bir neçə mərhələdə keçiriləcək.

Ölkənin Qadın və Ailə Məsələləri Komitəsinin məlumatına görə, “Ən yaxşı həyat yoldaşı” müsabiqəsinin birinci turu 10 oktyabra qədər kənd səviyyəsində davam edəcək.

İkinci tur 17 oktyabrda şəhər və rayon mərkəzlərində, üçüncü tur isə 21 oktyabrda regional səviyyədə keçiriləcək.

“Ən yaxşı qayınana” müsabiqəsi daha əvvəl başlayıb.

Buna görə də, ikinci tur artıq şəhər və rayonlarda keçirilir; 25 sentyabrda başa çatacaq.

Daha sonra iştirakçılar bölgələrdə və Düşənbədə üçüncü tura keçəcəklər. Qaliblər ailə münasibətlərinin möhkəmləndirilməsində və ailə sabitliyinin qorunmasında rollarına əsasən müəyyən ediləcək.

Əsas qiymətləndirmə meyarları həyat yoldaşları, uşaqlar, qohumlar və digər ailə üzvləri ilə hörmətli münasibətlər, eləcə də uşaqların və nəvələrin böyüdülməsinə verdikləri töhfələr olacaq.

Bundan əlavə, münsiflər heyəti qadınların ailə münaqişələrinin qarşısını almaq və həll etmək qabiliyyətini, ailə üzvlərinə kömək və məsləhətlərini, valideynlərə qayğısını, ev işlərini, peşəkar inkişafını və uşaq böyütməkdə həyat təcrübəsindən istifadəsini də nəzərdən keçirəcək. Münsiflər heyəti həmçinin ailə üzvlərinin sosial fəaliyyətlərini, milli adət-ənənələri və mədəniyyəti qorumaq, uşaqları vətənpərvərlik ruhunda böyütmək istəklərini və mədəni, idman və sosial tədbirlərdə iştiraklarını da nəzərdən keçirəcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə