Qazaxıstanlı musiqiçi Banqladeşdə Rohindja qaçqınlarını ziyarət edib

...Qazaxıstan və Qırğızıstanın xalq artisti Dimaş Kudaiberqen humanitar missiya ilə Banqladeşə səfər edib.

SİA-nın əldə etdiyi məlumata görə, Zakon.kz xəbər verir ki, o, BMT-nin Qlobal Xoşməramlı səfiri kimi ölkəyə gəlib və Banqladeşdə yaşayan Myanmadan olan Rohindca müsəlman qaçqınlarını ziyarət edib.

Dimaş yerli ifaçılarla da görüşüb.

Qeyd edək ki, onu skripkaçı Roşid Əhməd, nağaraçı İmam Hüseyn, çoxsaylı instrumentalistlər, musiqi müəllimləri Səbbir Əhməd və Mustafa Xatun, eləcə də bəstəkarlar, müğənnilər Məhəmməd Yusif və Əhməd Hüseyn musiqili ilə qarşılayıblar.

Müəllim və bəstəkar, alət ustası, müğənni və çoxsaylı instrumentalist Həmid Ullah Dimaş üçün iki əsər hazırlayıb ki, bunlardan biri də onun gəlişi üçün xüsusi olaraq yazılmışdır.

Dimaş da öz növbəsində ənənəvi alətləri öyrənməyə böyük maraq göstərib və yerli musiqiçilərlə qısa musiqi sessiyasında iştirak edib.

O, Rohinca Mədəni İrsi Mərkəzində ona verilən mandolina üzərində məşhur musiqi əsərlərindən parçalar ifa edib, Kudaiberqenin komandası izah edib.

Qazaxıstanlı ifaçının ziyarət etdiyi Rohinca Mədəni İrsi Mərkəzi vətənlərindən qaçan insanlara doğma mədəniyyətlərini qorumağa kömək edir.

Onlar buraya gəlir, ənənəvi əsərləri diqqətlə toplayır, qoruyur və paylaşırlar.

Yaşlı nəslin nümayəndələri müvəqqəti məskunlaşmanın çətin şəraitində yaşayaraq öz xalqlarının gənclik hekayələrini danışır, ənənəvi musiqi alətlərində çalır və hətta öz əsərlərini yaradırlar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə