Çiyələk zərif quruluşuna görə soyuducuda saxlanılsa belə tez xarab olan meyvələrdən biridir. Amma təbii bir üsul onun daha uzun müddət təzə qalmasına kömək edir.
SİA xarici mətbuata istinadən xəbər verir ki, darçının tərkibində olan sinnamaldehid maddəsi isə təbii antifunqal xüsusiyyətə malikdir və çiyələkdə kifin yaranmasını ləngidə bilər.
Darçın çubuqlarının yaydığı təbii maddələr saxlama qabının daxilində qoruyucu mühit yaradır və mikroorqanizmlərin fəaliyyətini azaltmağa kömək edir.
Daha yaxşı nəticə əldə etmək üçün aşağıdakı addımları tətbiq etmək olar:
1.Çiyələkləri hava dövranı olan bir qabda saxlayın.
2.Qabın alt hissəsinə nəmi çəkməsi üçün kağız dəsmal yerləşdirin.
3.Bir neçə darçın çubuğunu meyvələrin arasına bərabər şəkildə düzün.
Bəziləri çiyələyin darçın qoxusu və ya dadı alacağından narahat ola bilər. Ancaq bu üsul meyvənin dadını dəyişmir. Darçın sadəcə qabın daxilindəki havanı daha təmiz saxlayır. Meyvə istifadə edilməzdən əvvəl yuyulduqda yarana biləcək yüngül qoxu da aradan qalxır.
Sirkəli su ilə yuma üsulu bəzi hallarda çiyələklərin daha tez yumşalmasına səbəb ola bilər. Darçın üsulu isə meyvəni su ilə təmas etdirmədən qoruyur, onun möhkəmliyini saxlayır və əlavə kimyəvi vasitələrdən istifadəyə ehtiyac yaratmır.
Çiyələk mövsümündə məhsulu daha uzun müddət təzə saxlamaq və israfın qarşısını almaq üçün bu sadə üsulu sınaqdan keçirmək faydalı ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB