...ABŞ sakini Eileen McGill Fox, ərinin xəyanətindən sonra insan papillomavirusuna (HPV) yoluxması nəticəsində üç fərqli xərçəng xəstəliyinə tutulub.
SİA xəbər verir ki, bu barədə “New York Post” qəzeti yazıb. ...Deməli, faciəvi hekayə 2017-ci ildə, qadın əri ilə münasibətdən sonra onun xəyanətindən xəbər tutub müayinə üçün klinikaya getməsi ilə başlayıb.
İlkin test nəticələrində heç bir anomaliya aşkar edilməyib, lakin cəmi bir il sonra, adi tibbi müayinə zamanı həkimlər ona HPV diaqnozu qoyublar.
Bu müayinə bir sıra ciddi diaqnozların başlanğıcını qeyd edib: əvvəlcə xəstəyə vulva xərçəngi diaqnozu qoyulub, sonra patoloji proseslər onun serviks və anal kanalına təsir edib. Zərərçəkən inanır ki, xəyanətkar əri tərəfindən ailəyə gətirilən virus bütün problemlərinin əsas səbəbidir.
Məsləhətləşmələr zamanı həkimlər HPV-nin məkrli təbiətinin bədəndə uzun müddət gizli qalma, heç bir xarici simptom göstərməmə qabiliyyətində olduğunu və bundan sonra bədxassəli şişlərin inkişafına səbəb ola biləcəyini izah ediblər.
...Əgər bu, 30 il evli olan bir qadının başına gələ bilərsə, deməli, hər kəsin başına gələ bilər, - Foks bildirib.
Son səkkiz ildir ki, Eileen McGill Fox yalnız öz sağlamlığı uğrunda çətin mübarizə aparmaqla kifayətlənməyib, həm də digər qadınların maarifləndirilməsinə yönəlmiş ictimai fəaliyyətlərdə fəal iştirak edib.
Çıxışlarında o, vaxtında HPV peyvəndinin alınmasına və mütəxəssis həkimlərə müntəzəm müraciətlərə ehtiyac olduğunu xüsusi vurğulayır.
Onun fikrincə, yalnız sayıqlıq və bədənin sağlamlığının daimi monitorinqi infeksiyanı erkən aşkar etməyə və həyati təhlükə yaradan ağırlaşmaların qarşısını almağa kömək edə bilər.
O, ümid edir ki, onun şəxsi, ağrılı təcrübəsi başqalarını sağlamlıqlarına daha məsuliyyətli yanaşmağa və profilaktik tibbi prosedurları görməməzlikdən gəlməməyə ruhlandıracaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB