Pompeydə divarda qədim eşq elanı tapılıb...

Qədim Pompeydə divarda eşq elanı olan qraffiti tapılıb.

SİA xəbər verir ki, bu barədə “What's The Jam” bildirib.

...“Carridor Rumors” layihəsi üzərində işləyən arxeoloqlar 230 il əvvəl qazılmış divarı araşdırıblar və yeni avadanlıqlardan istifadə edərək daşa cızılmış təxminən 300 yazı müəyyən edə biliblər.

Divar, bütün şəhər kimi, eramızın 79-cu ilində püskürən Vezuvi dağının külü altında basdırılıb.

Yazıları araşdırdıqdan sonra alimlər təsirli bir sevgi məktubu aşkar edib deşifrə ediblər.

...Tələsirəm. Özünə yaxşı bax, mənim Savam və məni sevməyə əmin ol!

...Pompeydə divarda qladiator döyüşünün təsviri və digər qədim küçə sənəti nümunələri də aşkar edilib.

Arxeoloji Parkın direktoru Qabriel Zuxtriegel qeyd edib ki, yeni texnologiyalar "qədim dünyanın yeni otaqlarını açmağa" imkan verir və artıq şəhərə səpələnmiş 10.000-dən çox yazının qorunmasına kömək edib.

O, bu qraffitiləri "Pompeydə həyatın yaşandığının" əvəzsiz sübutu kimi təsvir edib.

Əvvəllər Pompey xarabalıqlarında tapılan uşaq rəsmlərinin qladiator döyüşlərinin qəddar detallarını aşkar etməyə kömək etdiyi bildirilirdi.

Bütün bu rəsmlər eramızın 79-cu ilində şəhəri məhv edən Vezuvi vulkanının püskürməsindən əvvəl çəkilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə