...Yaponiyanın Yamaquçi Universitetinin bioloqları pişiklərin niyə həmişə ayaqlarının üstünə qonduğunu aşkar ediblər.
SİA-nın məlumatına görə, New Scientist xəbər verir ki, bu qabiliyyət onların döş onurğasının unikal elastikliyi ilə əlaqələndirilir.
Müşahidələrə əsasən, pişiklər yıxılarkən əvvəlcə bədəninin ön hissəsini bükürlər.
Yasuo Hiqurasi izah edir ki, “...pişiklərdə döş və bel onurğalarının elastikliyini müqayisə edərkən döş onurğasının çox elastik olduğunu aşkar etdik”.
Tədqiqatçılar bir metr hündürlükdən yıxılan pişiyi lentə alaraq nəzəriyyələrini təsdiqləyiblər. Onlar həmçinin bu heyvanların sağa doğru bükülməsinin izah olunmayan bir meylini də qeyd ediblər. Bu, ehtimal ki, onların daxili orqanlarının unikal düzülüşü ilə bağlıdır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB