Kilsənin ev heyvanlarının məzarlarına xaç qoyulmasına münasibəti...

...Keşiş Aleksandr İlyaşenkonun sözlərinə görə, ev heyvanlarının dəfn yerlərinə xaçların qoyulması pravoslav doktrinasına ziddir.

O izah edib ki, xaç xristian xilasının əsas simvoludur və bəşəriyyətə əbədi həyata yol açan İsa Məsihin kəffarə qurbanlığı ilə əlaqələndirilir.

Doktrinaya görə, heyvanlar Tanrının surətində və bənzərində yaradılmadığı üçün xilas simvolu kimi xaç onlara aid deyil və onun qəbirlərə qoyulması mənəvi baxımdan mənasız görünür.

SİA-nın məlumatına görə, keşiş həmçinin əhali arasında dini biliklərin yetərli səviyyədə olmamasından təəssüfləndiyini bildirdi ki, bu da onun fikrincə, heyvanlara xaç qoymaq kimi xurafatların yaranmasına səbəb olur.

..."Abzats" nəşrinin məlumatına görə, o, bu cür hərəkətlərin öz-özlüyündə zərərli olmadığını, sadəcə yanıltıcı olduğunu və xristian simvollarının dərin mənasını anlamadığını əks etdirdiyini əmin edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə