“Kim milyoner olmaq istəyir?” müsabiqə iştirakçısı asan sualdan utanır...

...Məşhur Britaniya televiziya şousu “Kim milyoner olmaq istəyir?"-nin iştirakçısı olan reqbi oyunçusu Co Marler asan suala cavab verə bilmədiyi üçün özünü utandırıb...

SİA xəbər verir ki, bu barədə Daily Mail məlumat verib.

Deməli, viktorina şousundakı ilk suallardan biri moda aksesuarı ilə bağlı olub.

Belə ki, ona “Hansı ilanın adı uzun bir eşarpla eynidir və tez-tez lələklərdən hazırlanır?” -sualı verilib.

Marlerə seçmək üçün dörd cavab verilib: gürzə, piton, kobra və boa konstriktoru.

Müsabiqə iştirakçısı hansı cavabın düzgün olduğunu bilmədiyini etiraf edib və tamaşaçılardan kömək istəyib. Nəticədə izləyicilərin əksəriyyəti (93 faiz) boa konstriktoruna səs verib.

Daily Mail sualı çox asan adlandırıb və əlavə edib ki, Marler cavabı bilməyərək özünü axmaq edib.

Qeyd edək ki, daha əvvəl Britaniya televiziya şousu "The Chase"-in aparıcısı Bredli Uolş efirdə zarafatla polisə zəng edəcəyini bildirib. Bildirilib ki, o, bunu sendviçdəki çörək və ətin miqdarı ilə bağlı suala düzgün cavab olaraq edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə