Oğru bağ evində yediyi bir qaşıq yeməyin güdazına gedib..?

Yenə də nələr olmur..?

Deməli, Belarusda Qomel vilayətinin Reçitsa rayonunun Liski kəndində bağ evinə oğru girib.

SİA-nın məlumatına görə, oğru bağ evində gözünə dəyəni qapazlayıb.

...Və ev sahibəsinin qaşığı ilə mətbəxdəki təamlardan birini qaşıqlayıb yeyib də...

Yenə deməli, bağ oğru gücü çatanından yükünü tutaraq aradan çıxıb.

Səhəri gün bağ evinə gələn sahibə qadın oğurluğu fərq etsə də, amma ona yer edən kiminsə onun qaşığında istifadə etməsi olub.

...Lap elə “Maşa və Ayı” haqqında nağıldakı kimi “Mənim qaşığımla kim yedi?” sualı qadını maraqlandırıb.

Hadisə yerinə gələn müstəntiqlər oğrunun istifadə etdiyi qaşıq və bir çəngəli ekspertiza üçün götürüblər

...Və qaşığın üzərində oğruya məxsus bioloji nümunə aşkar edilib; may ayında, daça oğurluğunda şübhəli bilinən bir nümunə ilə müqayisə edilib.

...Və mütəxəssislər "genotipin şəxsiyyətini təyin ediblər".

Oğru bağ evində yediyi bir qaşıq yeməyin güdazına gedib..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə