Koronavirusa yoluxma və ölüm halları yenidən artıb - FRANSADA

Fransada yeni növ koronavirus (Covid-19) epidemiyasında yoluxma və ölüm halları yenidən artıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fransa Səhiyyə Nazirliyi son 24 saatda 217 min 480 yeni yoluxma aşkar edildiyi və ümumi yoluxma sayının 23 milyon 775 min 231-ə çatdığını bildirib. Nazirlik, həmçinin Fransada Covid-19 hadisələrinin sayının son bir həftədə 20 faiz artdığını bildirib.

Son 24 saatda Covid-19 səbəbi ilə 137 nəfərin həyatını itirdiyi ölkədə virusa görə ümumi can itkisinin 141 985 nəfərə yüksəldiyi bildirilib. Ölkə üzrə ümumilikdə 21300 nəfər xəstəxanalarda müalicə olunur. Onlardan 1538-i reanimasiyadadır.

"Pfizer/BioNTech", "Moderna", "AstraZeneca" və "Janssen" peyvəndlərinin tətbiq olunduğu ölkədə peyvənd kampaniyası başlayandan bəri ümumi əhalinin 80 faizi ən azı bir doza peyvənd olunub.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə