ABŞ-da koronavirusun “gizli omikron” ştamı dominantlıq edir

Hazırda ABŞ-da koronavirusun “omikron BA.2” versiyası və ya “gizli omikron” ştamı dominantlıq edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzlərinin (CDC) məlumatları sübut edir.

Məlumata görə, ştamın bu versiyası son həftə ərzində bütün infeksiyaların 54,9%-ni təşkil edib. Digər 40,4% hallarda “BA 1.1” ştamının fərqli versiyası aşkar edilib. Martın 20-dən 26-a qədər ABŞ-da “delta” ştamı ilə yoluxma halları qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə