Niderlandda bəzi məhdudiyyətlər ləğv edilib

Niderland pandemiya ilə əlaqədar ötən ilin sonunda tətbiq edilmiş sərt məhdudiyyətləri qismən yumşaldıb.

SIA-nın xəbərinə görə, artıq krallıqda restoran, bar, muzey, teatr və kinoteatrlar açılıb. Sərt tədbirlərin yumşaldılmasını vacib addım adlandıran Baş nazir Mark Rütte yüksək yoluxmalar fonunda hökumətin müəyyən riskə getdiyni bildirib. Son vaxtlar Niderlandda hər gün 5-6 min yeni yoluxma qeydə alınır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...