Boy artımı ilə bağlı sosial şəbəkələrdə qeyri-peşəkar videolar var -HƏKİM MÜNASİBƏT BİLDİRDİ
"Son bir neçə onillikdə uşaqların boyunun artması ilə əlaqədar problemlər var. Bu istiqamətdə biz bəzən kütləvi informasiya vasitələrində müxtəlif məlumatlara rast gəlirik. Mən orta məktəbi keçən əsrin 70-ci illərdə bitirmişəm. Həmin illərdə yuxarı sinif şagirdlərinin boyu indiki yeniyetmələrin boyundan nəzərəçarpacaq dərəcədə fərqlənir". Bu sözləri SİA-ya açıqlamasında həkim Fikrət Xəlilov bildirib.

Onun sözlərinə görə, buna əhəmiyyət verilməsə də, amma bu mövzu yetərincə aktual bir məsələdi: "Bu problemin yaranması isə ətraf mühitin daha çox çirklənməsi, havada radiasiyanın normadan bir neçə dəfə çox olması, mobil telefondan və internetdən geniş istifadə olunması, azhərəkətlilik və modifikasiya olunmuş ərzaq məhsullarının menyumuza daxil olmasıdı. Əsasən, bunların içərisində qeyri-düzgün qidalanma boyun inkişafına daha çox mane olur. Biz Tibb Universitetində təhsil alarkən qidalanma ilə bağlı yaxşı mütəxəssislərdən və professorlardan dərs almışıq. Mənim özüm isə təxminən 10 il qidalanma üzrə həkim vəzifəsində çalışmışam. Buna görə də, qidaların insan orqanizminə olan müsbət və mənfi təsirlərini yaxşı bilirəm. Sosial şəbəkələrdə son zamanlar boyun artması ilə bağlı video-çarxlar meydana çıxıb. Bunlardan birini sizə misal göstərmək istəyirəm. Çarxların birində 12 qida məhsulunun boyun artmasına təsirindən danışılır. Lakin 12 məhsuldan yalnız kökün və nanənin boyun artmasına təsiri var idi. Göründüyü kimi, bu çarxlar peşəkar bir səviyyədə hazırlanmır. Təəssüflər olsun ki, sosial şəbəkələrdə belə video-çarxlar çoxluq təşkil edir. Mən bu məsələ ilə bağlı bir sıra araşdırmalar aparıram. Eyni zamanda qeyd etmək istərdim ki, insanın boy artımını beyində yerləşən hipoviz vəzinin ifraz etdiyi samototraf hormonu (boy hormonu) tənzimləyir. İnsanda boy artımı 25-27 yaş aralığında artıq dayanır. Əgər samototrof hormonunun ifrazı bu yaşdan sonra orqanizmdə sürətlə artarsa, onda yalnız inkişaf xüsusiyyətini saxlamış bəzi nahiyələr, dil, burun, çənə, bir də, barmaq sümükləri böyüyər. Buna görə də, lazımi tədbirləri vaxtında görmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB