Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Gündəlik yoluxma sayı 39.681-dir.(30 dekabr 2021)
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət

Türkiyədə yeni tip koronavirusdan (Covid-19) dekabrın 30-da 139 nəfər dünyasını dəyişib.

SİA xəbər verir ki, bir gündə 369 min 647 test edilib. Gündəlik yoluxma sayı 39.681-dir.

Son 24 saatda sağalanların sayı 24.854-dür.

Bu arada, “Covid-19”la mübarizə çərçivəsində birinci, ikinci və üçüncü doza olmaqla ümumi 131 milyon 134 min 774 peyvənd vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə