Hamilə xanımlar vaksin olunmasa bu hallarla qarşılaşa bilərlər - DİQQƏT! - HƏKİM AÇIQLADI

“Peyvənd koronavirusun dəfələrlə zəifləşdirilmiş formasıdır. Bəs, peyvəndi orqanizmə niyə tətbiq edirlər? Səbəb orqanizmdə süni şəkildə bu xəstəliyin cüzi formasını yaratmaqdır. Yəni, insan orqanizmində ona qarşı immunitet əmələ gəlsin”. Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, hamiləliyin 3 ayı çox həssas bir dönəmdir: “Dölün və onun vacib orqanlarının formalaşdığı bir dövrdür. Bu zaman yüngül də olsa o xəstəliyi yaratmaq insan orqanizmi üçün təhlükəlidir”.

Həkim sözlərinə belə davam edib: “İlk 3 ay önəmli olduğuna görə hamilələri riskə atmırıq. 3 aydan sonra isə vəziyyətə görə peyvənd olunmaq olar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə