Şaxtalı havada baş ağrısı və spazmın səbəbləri nələrdir? - HƏKİM AÇIQLADI
“Həyatda elə bir insan yoxdur ki, baş ağrısı ilə rastlaşmasın. Baş ağrısının da 200-dən çox növü var. Əslində, beyin toxumasının özündə ağrı reseptorları yoxdur. Baş ağrısına səbəb beyin toxumasını əhatə edən strukturların, damarların, sinirlərin, əzələlərin qıcıqlanması nəticəsində baş ağrısı yaranır”. Bu sözləri SİA-ya açıqlamasında həkim Xatirə Əliyeva deyib.
Onun sözlərinə görə, beynəlxalq təsnifata əsasən, baş ağrılarını iki yerə bölürlər: “Birincili və ikincili baş ağrıları. Birincili baş ağrıları bədənin digər nahiyələrində hər hansı bir xəstəliklə əlaqədar olmayan ağrılardır. Bunlara misal olaraq gərginlikdən yaranan miqren aiddir. İkincili baş ağrıları isə baş və bədəndə olan xəstəliklər səbəbi ilə yaranan ağrılardır. Buna da kəllə-beyin travmaları, infeksion və psixiatrik xəstəliklər aiddir”.
Həkim sözlərinə belə davam edib: “Soyuq havalarda müşahidə olunan baş ağrıları, adətən, beyin qan dövranı pozğunluğu ilə əlaqədar olur. Belə ki, havaların soyuması ilə əlaqədar damarlarda sıxılma və spazm baş verir. Bunun nəticəsində də beyin qan dövranı pozulur ki, bu da baş ağrılarına gətirib çıxarır. Bu da ən çox xroniki, ürək-damar sistemi və arterial xəstəlikləri olan insanlarda özünü büruzə verir. Ona görə də belə insanlar soyuq hava şəraitində ehtiyatlı olmalı, əgər səhhətincə cüzi dəyişiklik hiss edərlərsə, mütləq həkimə görünmələri məsləhət olunur”.
“Soyuq havada qrip infeksiyalarının da artımı olur. Bu zaman da kəskin baş ağrıları yaşanır. Gənclərə tövsiyəm odur ki, saçları islaq şəkildə bayıra çıxmasınlar və özlərini qorusunlar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB