"Omikron"nın səhiyyə sistemi üçün təhlükələri barədə xəbərdarlıq
Koronavirusun yeni "omikron" ştammı xəstəliyin daha yüngül keçirilməsinə səbəb olur , lakin onun ötürücülük qabiliyyəti səhiyyə sisteminə təhlükə yaradır.
SİA-nın məlumatına görə, bu barədə ABC televiziya kanalına ABŞ-ın baş infeksionisti Entoni Fauçi bildirib.
Onun sözlərinə görə, "omikron" ştammına yoluxma hallarının çoxluğunu xəstəliyin ağır formada keçirilməsində azalmasının müsbət təsiri neytrallaşdıra bilər.
E.Fauçi əlavə edib ki, ABŞ-da koronavirus infeksiyasının yeni variantı yayıldıqca, yeni halların sayı, yəqin ki, artmağa davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB