Ətin zərərləri barədə HƏKİMLƏR XƏBƏRDARLIQ EDİBLƏR

Ətin zərərləri barədə HƏKİMLƏR XƏBƏRDARLIQ EDİBLƏR

Qırmızı ət yedikdən sonra insan orqanizmində damarlarda xolesterin lövhələrinin əmələ gəlməsini stimullaşdıran bir maddə əmələ gəlir. SİA xəbər verir ki, müvafiq açıqlamanı Klivlend alimləri verib.

Açıqlamada qeyd edilir ki, bu trimetilamin N-oksiddir. Nature Microbiology xəbər verir ki, həkimlər müxtəlif pəhrizlərə riayət edən 3 min xəstənin məlumatlarını araşdırıblar.

Birinci qrup tez-tez qırmızı ət yeyən, ikinci qrup nadir hallarda qırmızı ət yeyən, üçüncü qrup isə ümumiyyətlə ətdən imtina edənlər olub.

Məlum olub ki, təhlükəli maddə vegetarianların bağırsaqlarında praktiki olaraq olmayan əti emal edən bakteriyalar tərəfindən istehsal olunur.

Mikroblar o vaxta qədər yalnız bitkiləri yeyən siçanlara köçürülüb. Heyvanlarda trimetilamin konsentrasiyası dərhal artıb və eyni zamanda tromboz hallarının sayı çoxalıb.

Xatırladaq ki, əvvəllər Rusiyada ətin başqa məhsullarla əvəz edilməsi təklif edilirdi. Bu təşəbbüs alternativ qida məhsullarının istehsalına dəstək məqsədilə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı tərəfindən irəli sürülüb. Söhbət həşəratların və bitkilərin zülallarından hazırlanan qidadan gedir. Bu təcrübə indi ABŞ-da fəal şəkildə yayılır, burada bu biznes təkcə bu il 200 milyard dollardan çox gəlir əldə gətirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə