“Omikron ştamı sayəsində xəstəxanalar boşalacaq”

"Omikron" ştamının yayılması nə qədər təəccüblü olsa da, pandemiya ilə mübarizəyə kömək edə bilər.

“Mənə görə, yeni ştam tunelin sonundakı işıq ola bilər”.

SİA xəbər verir ki, bunu israilli immunoloq Zvika Qranot “i24News”a müsahibəsi zamanı deyib.

Professorun fikrincə, yeni ştam daha yoluxucu olsa da, aqressivliyinə görə əvvəlkilərdən daha zəifdir.

Afrika və Avropa ölkələrindəki tədqiqatları təhlil edən Qranot bildirib ki, "Omikron" ştamına yoluxanlarda çox yüngül simptomlar müşahidə edilir. Bu insanların tənəffüs çətinliyi olmur. Ümumi planda koronavirus mutasiyaya uğrayaraq zəifləyəcək. Bununla yanaşı, o hazırda geniş yayılmış Delta variantını üstələyəcək.

Alimin fikrincə, virus hələ uzun illər planetdə qalsa da, yeni ştamlar sayəsində o, pandemiyaya çevrilə bilməyəcək. Bununla da, səhiyyə sistemlərinin yükü əhəmiyyətli dərəcədə azalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...