İyunun 6-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 33 min 84 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 min 275, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 3 min 809 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 546 min 169-a bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 611 min 165, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 935 min 4 nəfərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB