Yuxusuzluqdan əziyyət çəkənlər DİQQƏTLƏ OXUYUN

Sağlam yuxu gündəlik həyatda güclü hiss etmək üçün böyük əhəmiyyətə sahibdir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yataqda oyaq vaxt keçirmək əvəzinə həqiqətən yuxulu olduğunuzda yatmağa çalışmaq yuxu keyfiyyətinizə müsbət təsir edəcək. 20 dəqiqə və ya daha çox müddət ərzində yenidən yata bilməmisinizsə, yuxunuz gələnə qədər gözləyin və sonra yenidən cəhd edin. Yatağınızı yatmaqdan başqa bir məqsəd üçün istifadə etməməyə diqqət yetirin. Beləliklə, vücudunuz yatağı yuxu ilə əlaqələndirəcək və yatmaq daha asan olacaq.

Sağlam və balanslı pəhriz yaxşı yatmanıza kömək edəcək

Yatmazdan əvvəl edilən 15 dəqiqəlik rahatlama məşqləri faydalıdır. Gecə saatın tez-tez yoxlanılması sizi yuxunuzu qaçırır və yuxusuzluqla bağlı mənfi düşüncələrinizi gücləndirə bilir. Sağlam və balanslı pəhriz yaxşı yatmağınıza kömək edir. Yatmazdan əvvəl ağır yemək istehlak etmək yuxunuzu poza bilər.

Yataq və yataq otağı sakit, rahat olmalıdır. Səhərin erkən saatlarında gələn işığın qarşısını almaq, üçün pərdələri çəkmək yaxşı ola bilər. Səs-küy varsa qulaq tıxacları istifadə edin. Gecə yuxunuz pis olsa və yuxudan duranda yorğunluq hiss etsəniz də, gündüz məşğuliyyətlərinizi planlandığı kimi etmək yuxu keyfiyyəti baxımından faydalı olacaqdır. Gecə yuxunuzu almazsınızsa, gün ərzində nə qədər kofein istehlak etsəniz də, əvvəlki yuxunuzu kompensasiya edə bilməz, əksinə, o gecə alacağınız yuxuya mənfi təsir göstərərsiniz.

Ayşən Vəli

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə