Dəriyə zərər verən 7 "sağlam" məhsul.

Evdə olan məhsullarla sağlam və qatqısız maskalar hazırladığımızı düşünürük. Lakin elə məhsullar var ki, onlar dərimiz üçün zərərlidir.

Dərimiz üçün zərərli 7 məhsul:

1. Soda

Üz təmizliyi üçün sodadan istifadə edirik. Lakin sodadakı maddələr düşündüyümüz qədər "sağlam" deyil. Sodanı tək istifadə etdikdə dərini qurudur.

2- Diş məcunu

Sızanaqlara qarşı ən geniş yayılmış ev maskasıdır. Diş məcununu sızanaq və səpkilər üçün istifadə etmək olduqca zərərlidir. Çünki diş məcunu dəridə yanmalara səbəb olan nanə, peroksid və spirt ehtiva edir.

3. İsti su

İsti su sızanaqların yayılmasına səbəb ola bilər. İsti su dərini qurudur və qoruyucu səthini zədələyir. Dəri xəstəliklərdən əziyyət çəkən insanlar üçün isti su daha zərərlidir.

4. Əl kremi

Əl kremləri dərini quruda bilər və üzə tətbiq etdikdə allergiyaya səbəb ola bilər. Əllərimiz üzümüzün dərisi qədər həssas deyil. Bu səbəbdən üzdə asanlıqla allergik reaksiyaya səbəb ola bilər.

5. Limon

Dəri ləkələrindən xilas olmaq istəyənlərin istifadə etdiyi metod limondur. Lakin limon suyunu dərinizə sürtdükdə hüceyrə səviyyəsində dəri qıcıqlanmasına səbəb olur. Üstəlik, limon tətbiq etdikdən sonra günəşə çıxarsanız, daha çox dəri ləkəsi əldə edəcəksiniz.

6. Darçın

Darçının sızanaq və dəri ləkələri üçün yaxşı olduğunu oxumusunuz. Ancaq bu tamamilə doğru deyil. Darçın qızartı, yanma və quruya səbəb ola bilər. Dermatoloqlar həddindən artıq darçının dəriyə ciddi zərər verə biləcəyini söyləyirlər.

7. Şəkər və duz

Duz və şəkər təbii maska kimi istifadə edilə bilər. Kokos yağı ilə qarışdırılaraq hazırlanan bu maskanı üzünüzə sürtməməlisiniz. Bu cür maska üzə zərər verə bilər.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə