Koronavirusa qarşı ağciyəri gücləndirmə yolları

Covid-19 ağciyəri hədəf alan ölümcül bir xəstəlikdir. Bu səbəbdən immun sistemi ilə yanaşı, ağciyərləri gücləndirmək də çox vacibdir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qidalanma və pəhriz mütəxəssisi Gamze Çakaloğlu bu məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, qidalanmada mütləq süd və ət məhsulları ilə yaşıl tərəvəzlər üstünlük təşkil etməlidir: "Düyü, makaron, xəmir, çörək, tort, şəkərli, nişastalı və unlu qidaların istehlakı azaldılmalıdır. Həddindən artıq karbohidrat istifadə etmək ağciyərə daha çox yük verir".

Bol zeytun yağı istifadə edin.

Pəhrizinizə zeytun, avokado, qara toxum, hind qozu, balıq, qoz və toxum yağları kimi keyfiyyətli funksional yağların daxil edilməsi xüsusilə vacibdir.

Tərkibindəki filqram maddəsi sayəsində A, C, E, B1, B2 və maqneziumla zəngin olması ilə avokado ağciyər sağlamlığı üçün faydalı olan qidalar arasındadır.

Brokoli cücərtiləri kükürdlü komponentlərlə zəngindir. Kükürdlülər tənəffüs sistemini dəstəkləyən bir komponent olsa da, eyni zamanda çox güclü bir antiinflamatordur.

Tənəffüs yolu infeksiyalarına qarşı qoruyan yağsız ətlərdə, qatıqda, balqabaq toxumlarında, küncüt toxumlarında, yulafda, qozda, noxudda, mərcidə və taxıl məhsulların tərkibində sink olur.

A vitamini ağciyərlərdəki epiteliya toxumasını sağlam tutaraq yoluxucu xəstəliklərin qarşısının alınmasında və müalicəsində mühüm rol oynayır. A vitamini qaraciyər, balıq yağı, süd, kərə yağı və yumurta kimi heyvan mənşəli qidalarda olur.

Karoten kimi tanınan provitamin A mənbələrindən yerkökü, qış balqabağı, kələm, ispanaq, cəfəri, qarğıdalı, reyhan kimi göyərtilərdən, ərik, portağal kimi sarı-narıncı meyvələrdən, şaftalı və s. faydalana bilərsiniz.

Antioksidan xüsusiyyətlərinə əlavə olaraq sarımsaq, zəncəfil, sarıkök, üzüm toxumu, kəklikotu, keçiboynuzu, qara kök, koltsfoot və kərə yağı rasionunuza əlavə etməli olduğunuz qidalar arasındadır.

Ağciyərləri təmizləyən qarışım:

4-5 ispanaq
4-5 pazı (çuğundur)
6-7 buğda
6-7 brokoli
1 qara kök
5-6 cəfəri
1 diş sarımsaq
fındıq boyda zəncəfil
1-2 çay qaşığı kimyon, sarıkök və kəklikotu
1 çay qaşığı üzüm toxumu
yarım limonun suyu

Bu maddələri bir stəkan təmiz su ilə qarışdırın və təzə-təzə istifadə edin.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə