Saç tökülməsi problemi bir çox səbəbdən baş verə bilər və müalicə variantları da çoxdur. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, saç tökülməsinə qarşı müalicə axtarırsınızsa, soğan suyunun müalicəsi sizin üçündür. Araşdırmalar nəticəsində, 2 həftə ərzində gündə iki dəfə tətbiq olunan soğan suyunun tük çıxardığı bəlli olub.

Saç tökülməsini müalicə etmək üçün problemin kökündə dayanmaq lazımdır. Müalicə ilə bağlı araşdırmalar geniş bir sahəyə yayılır və bu mövzuda təbii müalicələrə də şans vermək lazımdır. Soğan suyu müalicəsi, saç tökülməsinin bir növü olan alopesi areata üçün görünən nəticələr verir.

Alopesiya areata immunitet sistemimizdəki problemlər nəticəsində meydana gəlir. Amerika Dermatoloji cəmiyyətinə (AAD) görə,"alopesia areata"nın ilk simptomu lokallaşdırılmış saç tökülməsidir.

"Journal of Dermatology"-də yayımlanan araşdırmaya görə, soğan suyu müəyyən bölgələrdəki saç tökülməsini müalicə edə bilər. İşdə, alopesi areata müalicəsində problemli bölgəyə çiy soğan suyunun topikal olaraq təsiri araşdırılmışdır.

Tədqiqatda krant və soğan suyu müqayisə edilərək, mövzular 2 qrupa ayrılıb. 23 xəstəyə (birinci qrupda 16 kişi və 7 qadın) soğan suyu, 15 xəstəyə (ikinci qrupda 8 kişi və 7 qadın) isə krant suyu tətbiq edilib.

Müalicə iki ay ərzində gündə iki dəfə tətbiq edilir.
2 həftə sonra soğan suyu ilə müalicə olunan insanlarda yeni saç tükünün çıxdığı müşahidə olunub.

Kişilərdə daha çox təsirlidir.

Dörd həftənin sonunda 17 xəstədə, 6 həftədən sonra 20 xəstədə saç artımı müşahidə edilib. Kişilərdə isə qadınlardan daha çox saç artımı var.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə