Azərbaycana koronavirus əleyhinə daha 4 milyon doza vaksin gətiriləcək - RƏSMİ

Azərbaycana koronavirus əleyhinə daha 4 milyon doza vaksin gətiriləcək - RƏSMİ

Koronavirus əleyhinə daha 4 milyon doza vaksinin Azərbaycana gətirilməsi nəzərdə tutulur. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov bildirib ki, Azərbaycanda koronavirusa qarşı sistemli tədbirlər həyata keçirilir.

O qeyd edib ki, qısa müddət ərzində Azərbaycanda modul tipli xəstəxanalar fəaliyyətə başladı, mövcud xəstəxanalar koronavirusla mübarizəyə cəlb olundu. Komitə sədri bildirib ki, xarici mütəxəssislər də daxil olmaqla ümumilikdə ölkəmizdə koronavirusla mübarizəyə 44 mindən artıq səhiyyə işçisi cəlb olunub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə