7 mindən çox insan yeni növ koronovirusa yoluxub

Çində koronovirusa yoluxanların sayı 70 548 nəfərə çatıb. Onlardan 1770 nəfəri dünyasını dəyişib. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, vurisa yoluxanlardan 10 844 nəfəri xəstəxanadan evə buraxılıb.

Çinin Səhiyyə Nazirliyinə 31 əyalətdən (rayon, mərkəzi tabeliyindəki şəhərlər) 70 844 təsdiq edilmiş yeni koronavirus infeksiyası barədə məlumat daxil olub. Hazırda 57 934 nəfər xəstəlikdən əziyyət çəkir. Onlardan 10 644 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.

Ötən sutka ərzində 2048 yoluxma halı qeydə alınıb. Hazırda 7264 nəfər yeni növ koronovuris şübhəsi altında qeydiyyata alınıb. Xəstələrlə kontaktda olan 150 539 nəfər isə tibbi nəzarətdə saxlanılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə