Bütün dünyada ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri birinci sırada gəlir. Bir çox hallarda damarla bağlı problemlər heç bir ciddi əlamətlə özünü büruzə vermir və nəticədə insanlar bu xəstəliklərin olduğundan xəbərsiz olurlar. Bu isə çox təhlükəli haldır. Amerika Səhiyyə Assosiasiyanın hesabatında qeyd edilib ki, ürək-damar xəstəliyi ölümün aparıcı qlobal səbəbidir. 2013-cü ildə ürək-damar xəstəlikləri ölüm hallarının 31%-ni təşkil edib və dünya üzrə 17.3 milyon ölüm halı qeydə alınıb. Bu rəqəmin 2030-cu ilə kimi 23,6 milyona çatacağı deyilir.
Azərbaycanda son zamanlar əhali arasında infarkt və insultdan ölüm hallarının artdığı bildirilir. Mütəxəssislərinin fikrincə, piylənmə, şəkər xəstəliyi, yüksək təzyiq, siqaret istifadəsi, müsbət xolesterolun aşağı olması, müntəzəm idman etməmək, stressli həyat ürək-damar xəstəliklərinə səbəb olur. Aztəhsil.com xəbər verir ki, Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev də apa-ya açıqlamasında son dövrdə infarkt və beyin qan dövranının pozulmasından ölüm hallarının artdığını təsdiqləyib. F.Quliyevin sözlərinə görə, Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm hallarının nisbəti digər Avropa ölkələrindən fərqlənmir: "Əhali arasında bu xəstəliklərdə cavanlaşma qeydə alınır. Bunun da ilkin səbəbi stress və depressiyadır. Bundan başqa, ekologiyanın pozulması, düzgün qidalanmama, piylənmə, maddələr mübadiləsinin pozulması, II tip şəkərli diabet də ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarır. Bu xəstəliklərin sayında artma bütün dünyada müşahidə edilir. Metabolik sindrom, piylənmə, şəkərli diabet ürək-damar xəstəliklərinin dinamikasını həmişə artırır.
Onu da qeyd edim ki, iqlim şəraitinin dəyişməsi də bu xəstəliklərin riskinin artmasına səbəb olur. Biz demək olar ki, qış görmürük. Əhali arasında iqlimlə bağlı olaraq qrip və qripə oxşar viruslar yayılır. Bu viruslar da ürək-damar xəstəliklərindən ölüm hallarının riskini artıran amildir. Virus artdığı üçün bu xəstəliklər də artır”.
Ürək-damar xəstəliklərinin əlamətlərini sadalayan baş kardioloq bildirib ki, indi infarkt əsasən ağrısız formada qeydə alınır: "Əvvəl infarkt döş qəfəsində bərk ağrılarla müşahidə olunurdu. İndi isə bu kəskin simptomlar azalıb. Daha çox təngnəfəslik və ağrısız forması qeydə alınır. Bu da II tip şəkərli diabet xəstəliyi ilə bağlıdır. Yüksək arterial təzyiqi, şəkəri, ürək ritmi ilə bağlı problemi olan xəstələr həmişə həkim müayinəsindən keçməlidirlər. Ağrının olmasını gözləməlidirlər”.
F. Quliyev xəstəliyin risk ehtimalını azaltmaq üçün məsləhətlərini də bölüşüb: "İnsanlar qidalanmalarına diqqət yetirməlidirlər. İndi meyvə-tərəvəz qəbulu da azalıb. Bu da vəsaitin çatışmazlığı bağlıdır. Şəkər xəstələri üçün xüsusi qidalar var ki, qiyməti üç dəfə bahadır. Əhali bunu necə alsın? Məcburən pəhrizi pozurlar. Stressi azaltmaq məsləhətdir. İnsanlar deyir ki, az işləyim, çox qazanım. Bu da onları stressə salır və depressiya yaranır. Psixiatra müraciət etsinlər, məsləhət alsınlar. Bizə ürək-damar problemi ilə bağlı müraciət edənlərin ¾-də nevroloji dəyişikliklər müşahidə olunur. Depressiya, nevrozla müraciət edirlər. Əhali düşünür ki, nevrozdur, keçib gedəcək. Ancaq statistikaya nəzər yetirsək, nevrozlu xəstələrdə ürək-damar xəstəlikləri riski 4,6 dəfə çoxdur. İnsanlar səhhətlərinə laqeyd yanaşmasınlar”.
Əhali arasında beyin damarlarının tutulması, qanaması - insult halları da çoxalıb. Ölümə səbəb olan xəstəliklər arasında üçüncü sırada insultlar dayanır.
Tibb elmləri doktoru, professor Sədaqət Hüseynova bildirib ki, son bir neçə ay ərzində insult hallarının artması fəsillə əlaqədardır və iqlim şəraitinin kəskin dəyişməsi xüsusilə, arterial hipertenziyası olan, ürək-damar problemli xəstələrə mənfi təsir edir. İnsanların səhhətinə laqeyd yanaşması nəticəsində isə insult kimi xoşagəlməz hallar baş verir.
İnsultun hemorraqik və işemik olaraq iki növünün olduğunu deyən S.Hüseynovanın sözlərinə görə, işemik insult beyin qan təchizatının pozulması, hemorraqik insult isə beyin qanamasıdır: "İnsultun səbəbləri sırasında birinci yerdə arterial hipertenziya, ikinci yerdə isə serebral ateroskleroz gəlir. Arterial hipertenziyası olanlar insult, eləcə də beyin-qan dövranı pozuntularının digər növləri üçün potensial xəstələrdir. İnsultun səbəbləri sırasında yüksək xolesterol, qan laxtalanmaları, ürək ritm pozuntusu, köklük, maddələr mübadiləsi pozuntusu, şəkər xəstəliyi, narkotik maddədən istifadə, dərman asılılığı, doğuş həblərinin uzun müddətli istifadəsi, siqaret çəkmək, sodium və işlənmiş qidaların istifadəsi də yer alır.
İnsult adətən yaşlı insanlarda, 50 və yuxarı yaş insanlarda qeydə alınır. Maddələr mübadiləsi pozulmuş, eləcə də şəkər xəstələrində daha çox rast gəlinir.
Ancaq uşaq və gənclər də insultdan sığortalanmayıb. İndi körpələrin əksəriyyəti beyin damarlarının müxtəlif patologiyaları, anevrizmalarla dünyaya gəlirlər. Gənc və uşaq yaşlarda anevrizmaların partlaması zamanı beyin qanaxması olur. Laxtalanma ilə bağlı problemi olanlarda da insult erkən yaşlarda inkişaf də bilər”.
İnsultun əlamətlərindən danışan həkim deyib ki, insult əsasən gecə, səhərə yaxın saatlarda yaranır: "Bu saatlarda arterial təzyiqin tənzimlənməsində pozuntular baş verdiyindən insultun olma ehtimalı da yüksək olur. Xəstə səhər ayılır, bədəninin bir tərəfində keylik, qolda, ayaqda zəiflik, hərəkətlərin məhdudlaşması olur, udqunma, çeynəmə, danışmaqda çətinlik çəkir, gülərkən üzdə assimetriya görünür, ağız bucağı əyilmiş olur, eşitməsi zəifləyir, görmə problemi yaşayır. Başı gicəllənir. Ancaq gözlərini hərəkət etdirə bilir. Belə hallarda mütləq həkimə müraciət etmək lazımdır. Bundan başqa, beyin insultu işemik xarakterli olanda çox vaxt huşun itirilməsi halı müşahidə edilmir. Lakin beyin qanaması zamanı kəskin, ildırım çaxmasına bənzər baş ağrı ilə başlayır və qısa müddət ərazində ürək bulanma, qusma, huşun itirilməsi kimi əlamətlər ortaya çıxır. Bununla da yanaşı hərəki və fiziki pozuntular, yəni ifliclər əmələ gəlir".
İnsultdan qorunmaq üçün qidalanmaya diqqət etməyin və fiziki aktivliyin vacibliyini vurğulayan S.Hüseynova deyib ki, insult riskini azaltmaq üçün müntəzəm idman lazımdır: "Piyada gəzmək lazımdır, daha çox meyvə-tərəvəz yeyilməlidir. Duz qəbulunu azaltmaq, zərərli vərdişlərdən uzaq durmaq məsləhətdir. Daha çox balıq əti yemək, çəkini, xroniki xəstəlikləri nəzarətdə saxlamaq vacibdir. Gündə bir neçə dəfə arterial təzyiqi ölçməli, preparatların dozalarını lazım gəldikdə artırmaq şərtdir. Yağlı, qızardılmış, karbohidratla zəngin olan qidalar məsləhət deyil. Arterial hipertenziyası olan xəstələr duzlu qidalardan, şorabalardan istifadə etməməlidir. Çünki duz orqanizmdə ifrat olduqda maye saxlayır və damar divarlarını qalınlaşdıraraq arterial təzyiqin artmasına səbəb olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Türkiyə kubokunda ilk finalçı bilindi
İdman 01:04"Putin müharibəni bitirmək istəmir..?"
Dünya 00:35Rusiya Xarkova böyük hücum planlaşdırır..?
Dünya 00:26Apple ən nazik planşetlərini təqdim etdi...
Texnologiya 7 May 23:53Dünyanın ən yaxşı qatıq yeməyi
Maraqlı 7 May 23:47Dünyanın ən uzun bageti
Maraqlı 7 May 23:34Tatuirovkalar dəri xərçənginə səbəb ola bilərmi..?
Maraqlı 7 May 23:25Lorina MakKennit İzmir, Ankara və İstanbulda konsert verəcək
Şou-Biznes 7 May 23:16RBC: Rusiyada şokolad bahalaşacaq
Dünya 7 May 23:05Ukraynalı müğənni “Eurovision 2024”-ün məşqində səhnəyə yıxılıb
Şou-Biznes 7 May 22:56Peskov xüsusi hərbi əməliyyatın ilkin məqsədini açıqlayıb
Dünya 7 May 22:34Zaqatalada 15 nəfər dönərdən zəhərlənib.
Hadisə 7 May 22:26“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib
Mədəniyyət 7 May 22:15Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib
İdman 7 May 22:02BMT-nin baş katibi Putinə məktub göndərəcək
Dünya 7 May 21:56"O, bu yay "Mançester Siti"dən ayrılmaq istəmir"
İdman 7 May 21:44Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib
Siyasət 7 May 21:37Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir
Siyasət 7 May 21:26Bəzi Aİ ölkələri Rusiya aktivlərindən istifadə etmək istəmir...
Dünya 7 May 21:18Ukraynada yeni ordu növü yaradılır...
Dünya 7 May 21:08Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
Dünya 7 May 20:54Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
İqtisadiyyat 7 May 20:47"Freedom House" Rusiyada “arzuolunmaz” təşkilat kimi tanınıb
Dünya 7 May 20:38Mbappe "Real"da neçə nömrəli forma geyinəcək?
İdman 7 May 20:24Rusların 8 motosikleti və piyadaların döyüş maşını məhv edilib
Dünya 7 May 20:18Naxçıvan ASAN Vəkil Bürosu açılıb
Sosial 7 May 20:05Avstriya NATO-ya daxil olmaq istəmir..?
Dünya 7 May 20:03Rusiyadan sonra Belarus da nüvə silahı daşıyıcılarını yoxlayacaq
Dünya 7 May 19:54Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub
Siyasət 7 May 19:4630 ildən sonra nəşi tapılan şəhid doğma kəndində dəfn edilib
Sosial 7 May 19:33FIFA prezidenti COP29-a dəvət olunub
Siyasət 7 May 19:30Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
Sosial 7 May 19:22“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı
Təhsil 7 May 19:17UNİCEF: ''Rəfahdakı uşaqlar üçün atəşkəsə ehtiyacımız var''
Dünya 7 May 19:04Əli Əsədov Ankarada Ümummilli Liderin abidəsini ziyarət edib
Siyasət 7 May 18:52Afrikalı tələbə “Əbədi məşəl” hörmətsizlik edib və...
Dünya 7 May 18:45Berlin polisi Qələbə Günündə rus simvollarını qadağan edib
Dünya 7 May 18:33Kadırov Putinin “inaqurasiya mərasimində” ayaq üstə dura bilməyib
Dünya 7 May 18:23Qırğızıstan və Tacikistan sərhədində atışma baş verib
Dünya 7 May 18:12Patriarxı Kirill Putinin ömürlük hakimiyyətdə qalmasını arzulayıb
Dünya 7 May 18:05“…Beləcə, miqrasiyaya yeni yanaşmalar gəlməlidir”
Dünya 7 May 17:56Reallıqlar fonunda PARADOKSALLIQ – TƏHLİL
Siyasət 7 May 17:46Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib - FOTOLAR
Siyasət 7 May 17:25Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib - FOTOLAR
Siyasət 7 May 17:20Narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar
Hadisə 7 May 17:12İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
İdman 7 May 17:11“Çelsi” belçikalı hücumçunun satış qiymətini açıqladı
İdman 7 May 17:05Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
İqtisadiyyat 7 May 17:02“Tarixi silmək, dəyişmək, unutmaq, unutdurmaq olmaz“ - ŞƏRH EDİLDİ
Siyasət 7 May 17:02“Depressiya ciddi psixoloji xəstəlikdir“ - PSİXOLOQ DANIŞDI
Sosial 7 May 16:48Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb
Dünya 7 May 16:41Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
İdman 7 May 16:38Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə edib
İqtisadiyyat 7 May 16:35Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 7 May 16:33"Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub
İdman 7 May 16:32“Volleyball” turnirinin final mərhələsi keçirilib - FOTOLAR
İdman 7 May 16:25Haqq-ədalətin bərpa olunduğu tarixi gün TƏHLİL
Siyasət 7 May 16:24“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb
Siyasət 7 May 16:21Kuba Prezidenti Rusiyada səfərdədir
Dünya 7 May 16:18Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 7 May 16:05Azərbaycanın sabiq Baş naziri ADU-dakı vəzifəsindən azad olunub
Təhsil 7 May 15:53"Şuşaya da ilk köç karvanı bu günlərdə olacaq" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
Siyasət 7 May 15:51“Barselona” Xavini qova bilər
İdman 7 May 15:41Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL
Siyasət 7 May 15:38Braziliya millisinin sabiq futbolçusu həbs olunub
İdman 7 May 15:38“Faktiki qiyabi təhsil keyfiyyətcə zəifdir” - MÜNASİBƏT BİLDİRİLDİ
Təhsil 7 May 15:35"Bu gün də Azərbaycan həmin yol ilə irəliləyir, inkişaf edir” - TARİXÇİ DANIŞDI
Siyasət 7 May 15:34Türkiyədə terrorçuların 27 sığınacağı məhv edilib
Dünya 7 May 15:28Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilir
Hadisə 7 May 15:23ABŞ İsrailə silah satışını təxirə salır
Dünya 7 May 15:18Faktiki hava açıqlanıb
Sosial 7 May 15:16Moody’s Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb
İqtisadiyyat 7 May 15:07Tələbələr informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar - FOTO
Təhsil 7 May 15:02Baş Prokurorluq məlumat yayıb
Hadisə 7 May 14:59Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək
Dünya 7 May 14:51Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib
Təhsil 7 May 14:42“Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” - ŞƏRH EDİLDİ
Siyasət 7 May 14:42Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir - Robert Fitso
Siyasət 7 May 14:41Özəl xəbərlər
Digər xəbərlərReallıqlar fonunda PARADOKSALLIQ – TƏHLİL
Siyasət 7 May 17:46“Tarixi silmək, dəyişmək, unutmaq, unutdurmaq olmaz“ - ŞƏRH EDİLDİ
Siyasət 7 May 17:02“Depressiya ciddi psixoloji xəstəlikdir“ - PSİXOLOQ DANIŞDI
Sosial 7 May 16:48Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8303 +0,03%
- GBP 2,1341 +0,07%
- RUB 0,0186 +0,54%