Nazir müavini: "10 mindən çox dərman preparatının qiymətləri tənzimlənib"
"Azərbaycanda qeydiyyatda olan bütün dərman preparatlarının qiyməti tənzimlənib. Söz yox ki, bu, daim rotasiya olunan, təkrarlanan prosesdir. Bəzi preparatların qeydiyyatının vaxtı qurtarır, yeni preparatlar qeydiyyata düşür və proses davam etdirilir". SİA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini qeyd edib ki, ümumilikdə Tarif (qiymət) Şurası tərəfindən Azərbaycanda demək olar ki qeydiyyatda olan bütün dərman preparatlarının qiymətlərinə baxılıb və vahid qiymət qoyulub: "Artıq 10 mindən çox dərman preparatının qiymətləri dövlət tərəfindən tənzimlənib".
Nazir müavini ölkədə əczaçılığın inkişaf prespektivlərindən də danışıb: “Son illərdə İqtisadiyyat və Səhiyyə Nazirlikləri bu sahədə böyük işlər görüb. Dünyanın aparıcı şirkətləri və mütəxəssisləri ilə danışıqlar aparılıb. Ölkədə əczaçılıq sahəsində ixtisaslaşan Pirallahı Sənaye Parkı yaradılıb. Bu gün bu sərgidə həmin parkın üç rezidenti – “Hayat Pharm”, “Diamed” və “Caspian Pharmed” iştirak edir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB