"Valideynlər uşaqları indidən məktəb rejiminə öyrətməlidirlər" HƏKİM MƏSLƏHƏTİ
"Hər bir uşağın daşıdığı çantanın çəkisi onun bədən çəkisinin 10 faizindən artıq olmamalı, çantanın kəməri enli olmalı və uşaqlar çantanı hər iki çiyninə salmalıdır. Çanta düzgün istifadə edilmədikdə uşaqlarda qamət, çantanın ağırlığı isə daxili orqanları sıxdığından qidalanma sistemində pozğunluq yaradır”. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) "Əmək gigiyenası, uşaq və yeniyetmələrin gigiyenası" kafedrasının müdiri, dosent Şəhla Babayeva yeni tədris ili ərəfəsində uşaqların qidalanması, gigiyenik qaydalara əməl etməsi ilə bağlı keçirilən tədbirdə deyib.
Ş.Babayevanın sözlərinə görə, məktəblilərin istifadə etdiyi kitabların iki dəst olması daha məqsədə uyğundur: “Dərsliklərin kifayət qədər çəkisi var. Uşaqların çantada bir neçə dərsliyi aparması onlar üçün ağırlıq yaradır. Bu baxımdan yaxşı olardı ki, valideynlər uşaqları üçün iki dəst dərslik alsınlar. Onlardan biri məktəbdə, digər isə evdə istifadə oluna bilər. Belə olduqda uşaqlar hər gün məktəbə dərslik daşımaqdan azad olmuş olurlar”.
Yeni tədris ilinin başlanmasına az müddət qaldığını deyən dosent söyləyib ki, valideynlər uşaqları indidən məktəb rejiminə öyrətməlidirlər: “Uşaqları indidən məktəb rejiminə uyğunlaşdırmaq yaxşı olar. Kiçik yaşlılar 9-10 saat, ən geci saat 21:00-da yatmalıdırlar. Vaxtında yatmadıqda uşaqların zenhi qabiliyyəti azalır. Uşaqları səhər 1 saat əvvəl oyatmaq lazımdır ki, tələb olunan bütün işləri görə bilsinlər. Səhər uşaqları tələsdirmək onlarda nevroz yaradır. Havalar soyuduqca uşağı həddindən artıq çox geyindirirlər ki, bu da onlara ziyan verir, immun qabiliyyətinin aşağı düşməsinə səbəb olur".
Ş.Babayeva valideynlərə məktəbliləri qalın geyindirməməyi məsləhət görüb: “Hazırda məktəblərimizin hər birində istilik sistemi var. Bu baxımdan valideynlər uşaqlarını qalın geyindirməyə çalışmamalıdırlar. Çünki, isti geyim uşağın bədən temperaturunun çıxmasıının qarşısını alır ki bud a nəticə etibarı ilə məktəblinin tərləməsinə səbəb olur. Tərləmək onların səhhətinə ziyan edə, xəstəliklərə daha tez tutulmağa şərait yaradır".
Kafedra müdiri məktəblilərin indiden bədənin möhkəmləndiriləsi prosesinin həyata keçirilməsinin vacibliyini dilə gətirib: “Havalar soyuduqca uşaqların immune sistemi zəifləyir. Belə olan halda, valideynlər uşaqlara gündəlik duş qəbul etmək, eləcə də əl-ayaqlarını soyuq su ilə yumaq vərdişini öyrətməlidirlər. Bu vərdiş uşaqlarda immmun sisteminin möhkəmlənməsi üçün vacib olan şərtlərdəndir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB