Əli Əhmədov: "Əldə etdiyimiz təcrübə Azərbaycanın hər bir guşəsində icbari tibbi sığortanın tətbiqinə imkan verəcək"
"İcbari tibbi sığortanın həyata keçirilməsi məqsədi ilə azərbaycanın iki bölgəsində pilot layihələr həyata keçirilir. Fevralın 1-dən başlayaraq bu layihələr artıq cra edilir. Bu gün deyə biləcəyimiz həqiqət ondan ibarətdir ki, təklif olunan model əsasında İcbari tibbi sığorta sahəsində atılan ilkin addımlar uğurlu olub". SİA-nın xəbərinə bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib. O bildirib ki, artıq vətəndaşlar bu layihəyə inamla yanaşırlar: "Apardığımız müşahidələr nəticəsində məlum olur ki, insanlar xəstəxanalarda lazımi səviyyədə müalicə oluna bilirlər. Vaxtı ilə müalicə ala bilməyən insanlar artıq pilot layihə çərçivəsində səhiyyə müəssisələrinə, həkimlətə müraciət edə bilirlər. Onlara ixtisaslı həkimlər tərəfdindən səriştəli yardımlar göstərilir. Həmin yerlərdə yardımların göstərilməsi mümkün olmadığı hallarda ətraf yerdə Gəncədə yaxud Bakıda müəyyənləşdirilmiş səhiyyə müəssisəsində ehtiyacı olan vətəndşalara İcbari tibbi sığorta əsasında kömək göstərilir". Baş nazirin müavini qeyd edib ki, artıq bir neçə ayın təcrübəsinə görə, pilot layihənin uğurla həyata keçirildiyini deyə bilərik: "Pilot layihənin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulub. Güman edirəm ki, əldə etdiyimiz təcrübə imkan verəcək ki, daha çox rayonda və bütövlükdə Azərbaycanın hər bir güşəsində İcbari tibbi sığortanı tədbiq edək. İnanıram ki, bu layihənin icrası zamanı hər hansı bir çatışmazlıq ortaya çıxarsa, onun aradan qaldırmaq imkanımız olacaq və bununla da ölkə üzrə icbari tibbi sığortaya keçilən zaman bu problemlər və çətinliklər olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB