“Reproduktiv sağamlıq haqqında” qanun yenidən gündəmə gəlir

“Reproduktiv sağamlıq haqqında” qanun yenidən gündəmə gəlir

Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsinin 2017-ci ilin yaz sessiyası üçün İş Planı təsdiqlənib. SİA-nın xəbərinə görə, komitənin bugün keçirilən iclasında bununla bağlı məlumat verən komitə sədri Əhliman Əmiraslanov bildirilib ki, komitənin İş Planına Azərbaycan Prezidetinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, "Psixoloji yardım haqqında", "Reproduktiv sağamlıq haqqında" qanun layihələri, Gözün buynuz qişasının transplantasiyası ilə bağlı müvafiq qanunvericilik aktlarına dəyişikliklərin edilməsi, Optika xidmətinin yaxşılaşdırılması ilə bağlı müvafiq qanunverici aktlara dəyişikliklərin edilməsi, "Pasiyentin hüquqlarının qorunması haqqında" qanun layihəsinin hazırlanmasına dair dinləmə, Komitəyə daxil olan qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması, komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulunun və daxil olan ərizə və şikayətlərlə işin təşkili və 2016-cı ilin payız sessiyası dövründə görülən işlər barədə komitənin hesabatının hazırlanması daxildir.

Ə. Əmiraslanov əlavə edib ki, "Psixoloji yardım haqqında" qanun layihəsi artıq hazırdır, yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə