Azərbaycanda yaxın vaxtlarda ürək transplatasiyası həyata keçiriləcək
"Azərbaycanda yaxın vaxtlarda ürək transplantasiyasını həyata keçirmək mümkün olacaq". SİA-nın xəbərinə görə. bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov komitənin cari ildə keçirilən ilk iclasında çıxış edərkən deyib.
Azərbaycanda bu kimi ciddi əməliyyatın həyata keçirilməsi üçün bütün imkanların olduğunu dilə gətirən Ə. Əmiraslanov qeyd edib ki, sözügedən əməliyyatı keçirmək üçün ölkəmizdə mütəxəssislər mövcuddur.
"Əməliyatı reallaşdırmaq üçün personal və texniki baxımdan heç bir problem yoxdur. Yeganə açıq qalan məsələ orqan bağışlanması ilə bağlı məsələdir ki, tezliklə bunun da həllini tapacağıq. Yaxın vaxtlarda biz Azərbaycanda ürəyin transplantasiyasını həyata keçirə biləcəyik"- deyə, komitə sdəri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB