“Gənclər” şəhərciyindəki yanğında zərərçəkənlərlə bağlı son xəbər
"Abşeron rayonu, "Gənclər" şəhərciyində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində tüstüdən zəhərlənən 18 nəfərdən 17-si evə buraxılıb". Bu barədə SİA-ya 1 saylı şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinin baş tibbi bacısı Maya Yusifova məlumat verib. O bildirib ki, müraciət edənlərin 17-sində ciddi fəsad olmadığı üçün, tibbi yardım göstərildikdən sonra evə buraxılıblar: "Hazırda müraciət edənlərdən 1 nəfəri Həsənova Aygün şöbədə müalicəsini davam etdirir. A. Həsənovanın bu gün evə buraxılma ehtimalı yoxdur. Xəstə bir neçə gün müalicəsini davam etdirməlidir".
Qeyd edək ki, Fövqəlada Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Abşeron rayonu, Xırdalan şəhərində onbirmərtəbəli yaşayış binasının zirzəmisindən 1-ci mərtəbəsinə kimi elektrik kabelləri 3 pm yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdəki mənzillərdən 22 nəfər sakin (onlardan 7 nəfəri azyaşlı uşaq olmaqla ) yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın elektrik xətlərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB