Milli Onkologiya Mərkəzinin nümayəndə heyəti İsraildə işgüzar səfərdədir. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, Milli Onkologiya Mərkəzinin regionun aparıcı onkoloji mərkəzlərindən birinə çevrilməsi həm dünyanın aparıcı onkoloji klinikaları və akademik elmi-tibb mərkəzləri ilə əməkdaşlıq üçün münbit imkanlar yaradıb.
Səhiyyə Nazirliyinin baş onkoloqunun rəhbərliyi ilə Milli Onkologiya Mərkəzinin nümayəndə heyəti İsrail Dövlətinin üç ən böyük akademik tibb ocaqlarından biri olan Səhiyyə Nazirliyinin Tel Aviv Suraski Tibb Mərkəzinin dəvəti ilə 8-9 fevral 2016-cı il tarixlərində İsraildə işgüzar səfərdədirlər.
Səfərin əsas məqsədi iki mərkəz arasında sıx əməkdaşlığın qurulması, onkoloji xəstələrə göstərilən diaqnostika və müalicə xidmətləri sahəsində təcrübə mübadiləsinin aparılması, əhali arasında mütəşəkkil profilaktika və maarifləndirmə proqramlarının təşkili və həyata keçirilməsi sahəsindəki uğurların paylaşılması, davamlı tibbi təhsil və elmi araşdırmaların birgə aparılması məqsədilə müvafiq platformanın qurulmasıdır.
Səfər zamanı Milli Onkologiya Mərkəzinin nümayəndə heyəti Tel Aviv Suraski Tibb Mərkəzinin direktoru, müalicə işləri üzrə müavini və xəstələrin reabilitasiyası üzrə müavini, habelə uroonkologiya, ümumi cərrahiyyə, süd vəzi cərrahiyyəsi, Sarkoma mərkəzinin rəhbəri, şüa terapiyası və tibbi onkologiya şöbələrinin həkimləri, endokrinoloji törəmələr şöbəsinin kollektivi və digər mütəxəssislərlə görüşlər keçirilmişdir.
Qeyd olunmalıdır ki, onkoloji xəstəliklərin erkən diaqnostikası və müalicəsi üzrə ölkənin aparıcı tibb müəssisəsi olan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin əldə etdiyi nailiyyətlər həm ölkə daxilində, həm də beynəlxalq cəmiyyətdə diqqət mərkəzindədir. Respublika prezidentinin qayğısı sayəsində son illər ərzində mərkəzdə xərçəng xəstəliklərinin diaqnostikası üçün yaradılmış şərait, neyrocərrahiyyə, torakal cərrahiyyə, onkoginekologiya, onkourologiya və üç kimya terapiyası və onkohematologiya şöbələrinin yaradılması, ABŞ-ın Varian şirkətinin ən qabaqcıl texnologiyası əsasında qurulmuş stereotaktik şüa terapiyası mərkəzinin təsis edilməsi, ilk PET-KT ilə təchiz edilmiş Nüvə Təbabəti Mərkəzinin yaradılması ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətini və əhatəliyini artırmağa imkan verib. Ölkənin birinci xanımı Mehriban Əliyevanın himayəsi ilə yaradılmış Uşaq Onkoloji Klinikası isə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi üçün yüksək keyfiyyətli cərrahi, kimya terapiyası və şüa terapiyası xidmətlərini təmin edir.
2015-ci ilin noyabr ayında ABŞ-ın aparıcı onkoloji mərkəzi olan MD Anderson Xərçəng Mərkəzi ilə Milli Onkologiya Mərkəzi arasında onkoloji xəstəliklərin erkən diaqnostikası və müalicəsi, davamlı tibbi təhsil, elmi tədqiqatların birgə aparılması sahəsində xüsusi saziş imzalanmışdır. Xatırladılmalıdır ki, bundan əvvəl oxşar sazişlər Türkiyənin Hacıttəpə Universiteti, Qazi Universiteti, Belçikanın Səhiyyə Fondu ilə də imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB