Dağıntılar altından çıxarılanların vəziyyəti orta ağırdır

Dağıntılar altından çıxarılanların vəziyyəti orta ağırdır

Suraxanı rayonu ərazisində yerləşən köhnə univermaqda baş verən dağıntı altında qalan iki nəfər təcili tibbi yardım briqadası tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasından SİA-ya verilən məlumata görə, onların hər ikisi kişidir. Həmin şəxslərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə