Müalicə alan 2 neftçi evə buraxılır

Müalicə alan 2 neftçi evə buraxılır

"Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət alan, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan 2 xəstə bu gün evə buraxılacaq. SİA-nın xəbərinə görə, bunu xəstəxananın Baş direktorunun müavini Nadir Mehdiyev deyib.

O qalan xəstələrin vəziyyətinin stabil olduğunu deyib: "Hazırda evə buraxılması nəzərdə tutulan neftçilər son həkim müayinəsindən keçirlər. Bunlar Mərcan Abbasov və Ənvər Əliyevdir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnmiş və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 26 nəfərin axtarışı davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə