Aşura günündə 5 min 136 nəfər könüllü qan verib

Aşura günündə 5 min 136 nəfər könüllü qan verib

Aşura günü ilə əlaqədar respublika üzrə 14 məscid və ziyarətgahda təşkil olunan könüllü qanvermə aksiyalarında 5 min 136 nəfər qan verib. Ümumilikdə 2311,2 litr qan tədarük olunub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qanvermə aksiyaları Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə keçirilib. Toplanan qandan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə ediləcək.

Könüllü qanvermə aksiyaları Məhərrəm ayı boyunca davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə