Heriatriya sahəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə "Sağlamlıq sahəsi" poliklinikasında "Açıq qapi" aylığı keçirilib. Aylıq ərzində şəhər üzrə ambulator –poliklinik tibbi xidmət göstərən tibb müəssisələrinə ixtisaslaşmış tibbi müayinədən keçmək üçün 4942 ahıl müraciət edib. SİA-nın məlumatına görə, şəhər poliklinikalarına olan müraciətlərdən 565 ahıl xəstə "Sağlamlıq sahəsi"nə heriatrik müalicə kursu almaq məqsədi ilə göndərilib. Ay ərzində ümumilikdə 6780 gəliş qeydə alınıb. Müraciət edən bütün xəstələrə həkim-heriatrların müayinəsi, laborator analizlər, elektrokardioqramma, ultrasəs müayinəsi, dar ixtisas həkimlərin konsultasiyaları aparılıb. Müraciət edənlərdən 20-i stasionar müalicəyə göndərilib.
Daha sonra, heriatr və dar ixtisas həkimlərindən ibarət həkim briqadası tərəfindən Respublika Veteranlar Şurasının 50 üzvü müayinədən keçiril. Eyni zamanda, Bilgəhdə yerləşən "Qocalar evi"nin 112 sakini tibbi müayinədən keçirilmiş, onlar ildə iki dəfə müayinə olunmaq və ixtisaslaşmış heriatrik tibbi xidmət almaq məqsədi ilə dispanser qeydiyyata götürülqblər. Ombudsman Aparatı "Ahıllar üçün Resurs" Mərkəzinin 37 üzvü müayinədən keçmış, müalicə reabilitasiya tədbirləri təyin edilib.
AMEA-nın A.İ. Qarayev adına Fiziologiya İnstitunun "uzunömürlülər laboratoriyası" ilə yaşlı şəxslərdə qocalma mexanizminin öyrənilməsi, ahıl yaşda rast gəlinən xəstəliklərin tətbiqi ilə əlaqədar bağlanmış müqavilə çərçivəsində poliklinikada herontologiyanın aktual problemlərinə dair seminar keçirilib. Tibbi müayinələrin nəticələrindən aydın olub ki, tibbi müayinədən keçən heriatrik yaş qrupundan olan xəstələrin 60%-ni 60-74 yaş qrupu, 39%-ni 74-90 yaş qrupu təşkil edir. Nəticə olaraq bu qənaətə gəlmək olar ki,heriatrik yaş qrupundan olan xəstələrin (xüsusən 60-74 yaş və daha yuxarı) vaxtında müayinə olunması, onların dispanser qeydiyyata götürülməsi, aşkara çıxan xəstəliklərin müalicəsinin təşkili və ahıl xəstələr arasında sağlam həyat tərzi, sistematik bədən tərbiyəsi ilə məşğul olması, rasional qidalanma və orqanizmin möhkəmləndirilməsi istiqamətində aparılan təbliğat işi, ahıl insanlar arasında əlilliyin və ölüm hallarının azalmasına, ömrün uzadılmasına, aktiv uzunömürlülüyə nail olmağa yardim edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB