2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin "Ümumdünya Qan Donoru Günü" kimi keçirilməsi qərara alınıb. Bu günün keçirilməsində əsas məqsəd qan donorlarının edəcəyi xeyirxahlığa görə minnətdarlığın bildirilməsi, könüllü qan donorlarına hörmət və ehtiramın nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zərurətin vurğulanması, bununla da bütün dünyada könüllü donorluq ənənəsini yayaraq genişləndirməkdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə 2015-ci il iyunun 6-da saat 10:00-13:00-da "Hilton" Otelində Azərbaycan Gənc Qan Donorlarının II Forumu keçiriləcək. Forumun təşkilatçıları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və s. "14 iyun – Ümumdünya Qan Donoru Günü" ərəfəsində keçiriləcək Azərbaycanda qan donorluğunun inkişafında fəaliyyət göstərən dövlət və QHT nümayəndələri, o cümlədən mütəmadi qan donorları iştirak edəcəklər.
Forum çərçivəsində məruzələr dinləniləcək, donorların iştirakı ilə çəkilmiş "Qan ver həyat bəxş et!", "Qan donorluğu: sən onları xilas edə bilərsən!" videoçarxlarının nümayişi olacaq. Forumda həmçinin il ərzində qan donorluğuna dair fəaliyyətlərdə fəal iştirak edən təşkilat və mütəmadi qan donorları mükafatlandırılacaq.
Azərbaycanda könüllü, təmənnasız qan donorluğunun inkişafına dəstək vermək məqsədilə 2014-cü ildə İSİM, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və diqər təşkilatlar ibarət işçi qrup yaradılıb. İşçi qrupun təşəbbüsü ilə "Qan donorluğu" mövzusunda maarifləndirmə kampaniyaları, aksiyalar, rəsm müsabiqəsi keçirilib. Eləcə də ilk milli forum 2014-cü il iyunun 14-də Bakıda keçirilib. "Azərbaycanda Gənc Qan Donorlarının İlk Regional Forumu" 2015-ci il fevralın 10-da Gəncədə, 2-ci Regional Forum 2015-ci il mayın 15-də Lənkəranda keçirilib. 3-cü Regional Forum isə Şəkidə keçirilməyi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB